Oğurlanmış kartdan istifadə edərkən yaxalanıb

Oğurlanmış kartdan istifadə edərkən yaxalanıb

14 Avqust 2023 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Sahibinin mağazasında oğurlanmış kartdan istifadə edərkən yaxalanıb. Belçikanın Lyej şəhərində mağaza sahibi alış-veriş etmək istəyən bir nəfərin debet kartının ona məxsus olduğunu anlayıb və oğrunu yaxalayıb. Yerli mətbuatın məlumatına görə, şübhəli şəxs dükan sahibinin avtomobilindən pul kisəsini oğurlayıb.

Dükan sahibi oğurluğun fərqinə varmayıb lakin ertəsi gün şübhəli pulqabısından çıxan debet kartı ilə mağazaya girib və alış-veriş etmək istəyib. Kassada olan mağaza sahibi kartın ona məxsus olduğunu və oğurlandığını biləndə şübhəli şəxsə heç nə demədən polisə xəbər verib. Bundan sonra şübhəli qısa müddətdə yaxalanıb. Həftə sonu nəzarətə alınan şübhəli Lyej prokurorluğuna sövq edilib.

Murad Şahməmməd