Silahlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Türkiyədə Bodrumda Akdeniz məhəlləsində gecə saat 23:00 radələrində şəxsiyyətləri hələlik müəyyən edilə bilməyən 3 nəfər avtomobillə küçənin başından girərək, atəş aça-aça hərəkət edərək qarşıdurma yaradıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Güllələr bəzi mağazaların şüşələrinə dəyib. Hücum edənlər ərazidə yerləşən otel işçilərinə də atəş açıblar. Oteldəkilər də onlara silahla cavab veriblər.
Hadisədə Ömər Ataş həyatını itirib. Ardahan, Yiğitcan və Mert adlı 3 nəfər isə yaralanıb. Dərhal hadisə yerinə 112 təcili yardım və jandarma qrupları sövq edilib. Yaralıların özlərinin xəstəxanaya getdiyi öyrənilib. Qəfil hücum edən 3 nəfər avtomobillə ərazidən qaçıblar. Qruplar hadisə yerində işlərini davam etdirir. Jandarma qrupları silahlı təcavüzkarları tutmaq üçün əraziyə giriş-çıxışı bağlayıb. Hadisə ilə bağlı çoxşaxəli, geniş miqyaslı istintaq başladıldığı öyrənilsə də, təcavüzkarların tutulması üçün təhlükəsizlik qüvvələrinin başlatdığı iş hələlik davam edir.
Murad Şahməmməd




















































.jpg)










































