
Sevgi fırıldaqçılığı səbəbiylə saxlanılanlar
İndoneziya polisi 88 Çin vətəndaşını telefon və internet üzərindən transsərhəd "sevgi fırıldaqçılığı" səbəbiylə saxladıqlarını açıqlayıb. Səlahiyyətlilər, Çin Təhlükəsizlik Nazirliyinin məlumatı əsasında Batam adasında 5-i qadın olmaqla 88 şübhəlinin saxlanıldığını açıqlayıb.
Polis sözçüsü Zahwani Pandra Arsyad, şübhəlilərin telefon və onlayn sevgi dələduzluğu cəmiyyətinin üzvləri olduğuna inandıqlarını söyləyib. Fırıldaqçılar insanların hədəflərini müəyyən etdikdən sonra həmin insanların hissləri ilə manipulyasiya edərək, pul köçürmək üçün aldatdıqlarını bildiriblər. Şübhəlilərin yanvar ayından turist vizasından istifadə edərək 3 aydır Çindən İndoneziyaya gəldiyini ifadə edən Arsyad, bu şəxslərin Çinin sosial şəbəkələrinin çökməsindən sonra İndoneziyada cinayət törətdiklərini söyləyib.
İlkin araşdırmalar çərçivəsində cəmiyyətin ilin əvvəlindən fəaliyyət göstərdiyi və yüzlərlə qurbanı Çində tələyə saldığı üzə çıxıb, lakin onların nə qədər pul yığdıqları hələ məlum deyil. İstintaqın davam etdiyi və saxlanılanların İndoneziyadan deportasiya edilməsinin planlaşdırıldığı bildirilib. İndoneziya polisinin şübhəli şəxslərlə bağlı immiqrasiya orqanları və Çin İctimai Təhlükəsizlik Nazirliyi ilə sıx əməkdaşlıq etdiyi qeyd edilib.
Murad Şahməmməd