ABŞ-da 28 yaşlı müəllimənin cinsi görüntüləri paylaşıldı

ABŞ-da 28 yaşlı müəllimənin cinsi görüntüləri paylaşıldı

3 Oktyabr 2023 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da 28 yaşlı müəllimənin cinsi görüntülərinin paylaşıldığı «OnlyFans»-da hesabı olduğu üzə çıxdıqdan sonra O, məktəb rəhbərliyi tərəfindən məcburi məzuniyyətə göndərilib. Müəllimə hadisədən sonra "Yəqin ki, bir daha dərs deyə bilməyəcəm. Amma bu riski bilirdim. Kədərlənirəm və tələbələrim üçün darıxıram" deyib.

ABŞ-ın Missuri ştatında liseydə işləyən Brianna Koppage, «OnlyFans» hesabına görə məktəb rəhbərliyi tərəfindən məcburi məzuniyyətə göndərilib.

28 yaşlı müəllim cinsi görüntülərin paylaşıldığı «OnlyFans» hesabını əlavə gəlir əldə etmək üçün yayın əvvəlində açdıqlarını bildirib. Hesabla bağlı şikayətlərin təxminən iki həftə əvvəl başladığını bildirən Koppage, "Hesabın mənə aid olub-olmamasının nə vaxt başa düşüləcəyini bilmirdim. Bunun iki həftə əvvəl ortaya çıxdığını öyrəndim”.

«Independent Turkish»-nin xəbərinə görə, müəllim keçən il peşəsindən cəmi 42 min dollar qazandığını, «OnlyFans» hesabından isə aylıq orta hesabla 10 min dollar arasında gəlir əldə etdiyini bildirib.

Koppage, həmçinin çərşənbə günü məktəb rəhbərliyi ilə keçirdiyi görüş nəticəsində məcburi məzuniyyətə buraxıldığını və bu xəbərdən sonra «OnlyFans» hesabından əldə etdiyi gəlirin az qala iki dəfə artdığını bildirib.

Murad Şahməmməd