
Böyrək transplantasiyası həyata keçirən orqan alveri şəbəkəsi dağıdılıb
Təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamada səkkiz üzvü olduğu bildirilən şəbəkənin Pəncab və Kəşmirdə fəaliyyət göstərdiyi və əməliyyatlar zamanı ən azı 3 nəfərin həyatını itirdiyi bildirilib.
Pakistanda ən azı 3 nəfərin ölümünə səbəb olan 328-dən çox qeyri-qanuni böyrək transplantasiyası həyata keçirən orqan alveri şəbəkəsi dağıdılıb.
Təhlükəsizlik qüvvələrinin verdiyi açıqlamada səkkiz üzvü olduğu bildirilən şəbəkənin Pəncab və Kəşmirdə fəaliyyət göstərdiyi və əməliyyatlar zamanı baş verən ölüm sayının daha çox ola biləcəyi ifadə edilib.
Səlahiyyətlilər qeyd ediblər ki, əvvəllər 5 dəfə həbs edilən Fəvad Muxtar adlı həkim cərrahi əməliyyatlar zamanı adı açıqlanmayan assistent və anestezioloqdan da istifadə edib.
Pəncab Əyaləti Hökumətinin sədri Möhsin Nəqvi qeyd edib ki, məlumatlar və rəqəmlər böyrəklərin bəzən xəstənin xəbəri olmadan götürüldüyünü və ya fərdi şəxslərin evlərində köçürüldüyünü göstərir.
Murad Şahməmməd