Hava limanında bıçaqlı hücum olub

Hava limanında bıçaqlı hücum olub

13 Oktyabr 2023 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Corciya ştatının paytaxtı Atlantada Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanında qadının bıçaqla hücumu nəticəsində 3 nəfər yaralanıb. Atlanta Polis İdarəsinin verdiyi açıqlamaya görə, Atlanta Beynəlxalq Hava Limanında bir qadın, bir polis və bir taksi sürücüsü olmaqla 3 nəfəri bıçaqlanıb.

Hücum edən şəxs nəzarətə alınıb. Hava Limanı Polis İdarəsindən verilən ilkin məlumata görə, yaralıların vəziyyətinin kritik olmadığı bildirilib.

Hazırda hücumun səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Murad Şahməmməd