İtaliya mafiyasının başçısı Gürcüstanda gizlənibmiş

İtaliya mafiyasının başçısı Gürcüstanda gizlənibmiş

25 Oktyabr 2023 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya mafiyasının başçısı, vətənində qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edilən 67 yaşlı Cüzeppe Sqanqa Gürcüstanda saxlanılıb, Rustavi 2 televiziya şirkəti xəbər verir.

Bu faktı Gürcüstanın baş prokuroru İrakli Şotadze də təsdiqləyir. Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində saxlanılan şəxsin ekstradisiyası ilə bağlı prosedurlar davam edir.

2020-ci ildə Sqanqa öz ölkəsində qiyabi məhkum edilib və o vaxtdan beynəlxalq axtarışa verilib.

İtaliyada eyni iş üzrə daha bir neçə nəfər, o cümlədən mafiya ilə əlaqədə ittiham olunan üç qardaş və keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları məhkum edilib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Turində müxtəlif cinayət əməllərinə görə məsul olan mafiya birliyi yaradıb.

Əziz Mustafa