Kütləvi atışma nəticəsində 20-dən çox adam həlak olub

Kütləvi atışma nəticəsində 20-dən çox adam həlak olub

26 Oktyabr 2023 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Men ştatının Lyuiston şəhərində baş verən kütləvi atışmada azı 22 nəfər həlak olub ,onlarla yaralı var. Silahlı şəxs şəhərin müxtəlif yerlərində yerləşən boulinq meydançasına və restorana atəş açıb və sonra qaçıb. Lyuiston polis departamenti atışmada iştirak edən şəxsin 40 yaşlı Robert Kard olduğunu müəyyən edib.

KİV-rin məlumatına görə, şübhəlinin hərbi xidmət təcrübəsi var və odlu silah təlimatçısıdır. Onun ötən yay Milli Qvardiyanın obyektini vurmaqla hədələdikdən sonra ruhi xəstəxanaya yerləşdirildiyi də bildirilir.
Şerif ofisi şübhəlinin əlində avtomat olan görüntülərini yayıb.

Robert Kartın avtomobili qonşu Lissabon şəhərində tapılıb . Onun tapılması üçün xüsusi əməliyyat aparılarkən, şəhərdə bütün bələdiyyə idarələri bağlanacaq.

E.Axund