Qocanı döyüb öldürüblər

Qocanı döyüb öldürüblər

30 Oktyabr 2023 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Evə girən baxıcı gözlərinə inana bilməyib. Türkiyədə dəhşətli hadisə baş verib. Qoca öz evində döyülərək öldürülüb, arvadı isə yaralı halda tapılıb. Polis müəmmalı hadisəni aydınlaşdırmaq üçün hərəkətə keçib. Qan donduran hadisə Burdurda Menderes rayonu, Kemal Solmaz küçəsində baş verib. İki mərtəbəli fərdi evdə yaşayan və təqaüdçü olduğu öyrənilən Bayram və Zehra Sertcan cütlüyünə dayəlik edən E.A.K. səhər saatlarında cütlüyün evinə gələrkən heç kim qapını açmayıb. 112 qaynar xəttinə xəbər verildikdən sonra hadisə yerinə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib. Hadisə yerinə gələn yanğınsöndürənlər pəncərəni sındıraraq içəri daxil olduqda yaşlı cütlüyün qan içində olduğunu görüblər. Həkim qrupları Bayram Sertcanın öldüyünü təyin edərkən, yaralı Zehra Sertcanın üzündə kəsiklər olduğu müəyyənləşib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra qadın təcili tibbi yardım maşını ilə Burdur Dövlət Xəstəxanasına aparılıb. Hazırda hadisə yerində araşdırma qrupları işlərini davam etdirirlər.

Murad Şahməmməd