Körpəsini fındıq bağında basdırdı

Körpəsini fındıq bağında basdırdı

2 Noyabr 2023 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Dəhşətli hadisə ötən il Türkiyədə baş verib. Nikahdankənar qız övladı dünyaya gətirən Bilgə Çapa bir müddət sonra körpənin rutin müayinəsindən keçmək üçün ailə həkiminə çağırılıb. Çapa dəvətdən sonra polisə gedib və körpəsinin itdiyini bildirib. Körpənin heç bir izinə rast gəlməyincə qruplar araşdırmalarını dərinləşdirib. Nəzarətə alınan Çapa dindirilərkən körpəsini yaşadıqları evin arxasındakı fındıq bağında basdırdığını etiraf edib. Bağçada aparılan axtarış zamanı 2 günlük olduğu müəyyən edilən körpənin meyiti tapılıb. Bilgə Çapa polis bölməsindəki əməliyyatlardan sonra “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib.

Murad Şahməmməd