Azərbaycanda saxlanılan rusiyalı blogger Tural Məmmədov Rusiyaya ekstradisiya olunacaq

Azərbaycanda saxlanılan rusiyalı blogger Tural Məmmədov Rusiyaya ekstradisiya olunacaq

3 Noyabr 2023 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Sankt-Peterburq sakinlərinin döyülməsi ilə bağlı qalmaqallı teleqram kanalının administratoru Tural Məmmədov Rusiya Federasiyasının tələbi ilə Azərbaycanda saxlanılıb və hazırda ekstradisiyasını gözləyir. Bu barədə Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişev məlumat verib.

“Saxlanılıb , polis nəzarətindədir. Hazırda o, ekstradisiyasını gözləyir. Elə bir prosedur var ki, ona əməl olunmalıdır”, - deyə Vaqif Məmişev bildirib.
Oktyabrın 28-də Sankt-Peterburq məhkəməsi xuliqanlıqda və milli mənsubiyyətə görə nifrət salmaqda ittiham olunan Rusiya Federasiyası vətəndaşı Tural Məmmədovu qiyabi həbs edib. Müstəntiqlərin fikrincə, 18 yaşlı Tural Sankt-Peterburqda slavyan görünüşlü insanlara hücum edərək döyən bir qrup gəncin təşkilatçısıdır. Hücumlar videoya çəkilib və Tural tərəfindən “Sərt həyat” adlı kanalda yerləşdirilib.

Qalmaqallı videolar istintaq komitəsinin rəhbəri Aleksandr Bastrikinə çatanda , komitənin “E” mərkəzi baş qəhrəmanları axtarmağa başlayıb. Saxlanılan və sonradan həbs edilən 11 dostundan fərqli olaraq ,Tural bu vaxta qədər artıq Rusiyanı tərk etmişdi. Onların çoxunun yaşı 18-dən aşağıdır.

İstintaq Komitəsinin məlumatına görə, Tural beynəlxalq axtarışa verilib. Noyabrın 2-də Dağıstandan gələn 18 yaşlı qrup üzvlərindən daha biri saxlanıldığı məlum olub.

E.Axund