Ürək formalı konfetlərə bənzəyən həblər də daxil olmaqla 8 milyon dollar dəyərində narkotik həb tutulub

Ürək formalı konfetlərə bənzəyən həblər də daxil olmaqla 8 milyon dollar dəyərində narkotik həb tutulub

7 Noyabr 2023 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Massaçusetsdəki ədliyyə departamentinin hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 8 milyon dollar dəyərində qeyri-qanuni maddə ələ keçiriblər.

Məhkəmə sənədlərinə görə, müsadirə edilən narkotiklər arasında təxminən 900.000 fərdi dozada toz halında olan fentanil və metamfetamin olduğu güman edilən məşhur "Sevgililər Günü" konfetinə bənzəyən 20 kilo çəhrayı, ürək formalı həblər olub.
Massaçusets ştatının Salem şəhərində həddindən artıq narkotikdən istifadəsi ilə ölüm faktını araşdırmağa başlayıblar. Onlar qurbanın "Snapchat" hesabından istifadə edərək həb satan şəxslə əlaqə saxlayıb, əlavə həb tələb ediblər . Bu da əlavə üç aylıq araşdırmaya səbəb olub. Bu ayın əvvəlində hüquq-mühafizə orqanları üç nəfəri , 25 yaşlı Emilio Garsia, 33 yaşlı Sebastian Becin və 40 yaşlı Debi Feliksi bölgədəki böyük narkotik ticarəti təşkilatı ilə əlaqəli olduqları iddiasıyla həbs edib. Həmin şəxslər narkotik vasitələrin qanunsuz saxlanılması və yayılması ilə bağlı müxtəlif cinayətlərdə ittiham olunublar. Məhkəmə materiallarına görə, binanın birinci və ikinci mərtəbələrində ölümcül maddələrin saxlanıldığı mənzillərdə “çoxlu ailələr” yaşayırmış.
İttiham sənədlərinə əsasən, noyabrın 1-də məhkəmənin icazəsi ilə aparılan axtarış zamanı hüquq-mühafizə orqanları evin zirzəmisində narkotik vasitələrin qarışdırılması, narkotik hazırlayan alətlər və üç dolu odlu silah aşkar ediblər.

Narkotiklərlə mübarizə agentliyinin verdiyi xəbərə görə, 2022-ci ildə 82,000-dən çox amerikalı fentanildən istifadə səbəbiylə ölüb , bu rəqəm son beş ildə hər il artıb. Keçən ay həddindən artıq dozada narkotik istifadəsi qurbanları ilə keçirilən tədbirdə bildirilib ki, hüquq-mühafizə orqanları bu il 55 milyondan çox fentanil həbi və tərkibində ölümcül dərman olan 3000 ton-dan çox narkotik ələ keçiriblər.

Massaçusetsdə ittiham olunan üç nəfər noyabrın 13-də federal məhkəmədə cavab verəcəklər.

Oxuməni.az