İşgəncə ilə öldürüldüyü ehtimal edilən 7 nəfərin cəsədi tapılıb

İşgəncə ilə öldürüldüyü ehtimal edilən 7 nəfərin cəsədi tapılıb

13 Noyabr 2023 07:23
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Zasetekas şəhərində işgəncə ilə öldürüldüyü ehtimal edilən 7 nəfərin cəsədi tapılıb. Meksika mətbuatında çıxan xəbərə görə, əyalətin Loreto qəsəbəsində yolda cəsədlər aşkar edilib. Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları yolda tapılan cəsədlərin 7 kişiyə aid olduğunu müəyyən edib. Səlahiyyətlilər cəsədlərdə zərbə izlərinin olduğunu və bu insanların işgəncə nəticəsində öldürüldüyünü təxmin etdiklərini bildiriblər. Sosial şəbəkələrdə meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparıldığı haqqında məlumat paylaşılıb. Hadisənin rəqib dəstələr arasında baş verən dava nəticəsində baş verdiyi bildirilir.

Oxuməni.az