Baydenin nəvəsinin maşınına girməyə cəhd edən şübhəlilərə atəş açılıb

Baydenin nəvəsinin maşınına girməyə cəhd edən şübhəlilərə atəş açılıb

14 Noyabr 2023 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bildirilib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Co Baydenin nəvəsi Naomi Baydenə məxsus avtomobilə girməyə cəhd edən şübhəlilərə ABŞ Məxfi Xidməti agentləri atəş açıb.

ABŞ-da prezidenti və ailəsini qorumaqdan məsul olan Məxfi Xidmət Rabitə Başçısı Entoni Quqlielmi verdiyi yazılı açıqlamada Naomi Bayden üçün ayrılmış dövlət maşınına girməyə cəhd edərkən "2 və ya 3 şübhəlinin atəşə tutulduğunu" söyləyib. Hadisə Vaşinqtonda olub.

Entoni Quqlielmi hadisə zamanı Naomi Baydenin xidmətində istifadə edilən avtomobilin boş olduğunu və qorunan şəxslər üçün heç bir təhlükənin olmadığını vurğulayıb.

Naomi Baydenin avtomobilinə edilən hücum, ölkənin paytaxtında artan avtomobil oğurluqlarının sayına yenidən diqqəti cəlb edib.

Covid-19 epidemiyasından sonra ABŞ-da cinayət nisbətləri ümumiyyətlə azalsa da, Vaşinqtonda avtomobil oğurluğunda artım müşahidə olunub.

Vaşinqton polisi bu il yaşadıqları ərazidə 750-dən çox avtomobil oğurluğu hadisəsi olduğunu bildirib.

Oxuməni.az