Bacılar həyata keçirilən əməliyyatla polislər tərəfindən saxlanılıblar

Bacılar həyata keçirilən əməliyyatla polislər tərəfindən saxlanılıblar

15 Noyabr 2023 06:54
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda “cinayət təşkilatına üzv olmaq və cinayət nəticəsində əldə edilmiş əmlakı mənimsəmək” ittihamı ilə saxlanılan sosial medianın nüfuzlu şəxsləri Bahar və Nihal Candan bacıları sağlamlıq yoxlamasından sonra polisə təhvil verilib. Mətbuat mənsublarının suallarına cavab verməyən Candan bacılarının yorğun halı diqqətdən yayınmayıb.

Əməliyyat zamanı saxlanılan Bahar və Nihal Candan bacıları sağlamlıqlarına baxış üçün gətirilərkən onların yorğun halları diqqətdən yayınmayıb.

Televiziya proqramında məşhurlaşan və daha sonra sosial media hesablarında dəbdəbəli həyatlarını ortaya qoyan paylaşımları ilə gündəmə gələn Nihal və Bahar Candan bacıları səhər saatlarında həyata keçirilən əməliyyatla saxlanılıb. İstanbul Asayiş Şöbə Müdirliyinin Cibgirlik və Dələduzluq Bürosu qruplarının keçirdiyi əməliyyat zamanı saxlanılan iki nəfər polis bölməsinə gətirilərək dindirilib. Bundan başqa, əməliyyat çərçivəsində Hacı İsrafil S. adlı şəxs Qarsda saxlanılaraq İstanbula gətirilib.

Hacı İsrafil S. polis tərəfindən sağlamlıq müayinəsindən keçirilmək üçün xəstəxanaya aparılıb. Xəstəxanada əməliyyatları tamamlanan 3 şübhəli daha sonra yenidən polis bölməsinə gətirilib. Candan bacılar mətbuat mənsublarının suallarını cavabsız buraxıb. Candan bacıları yeriməkdə çətinlik çəkərkən, onların yorğun halları diqqət çəkib. Cinayət təşkilatına üzv olmaq və cinayət yolu ilə əldə edilmiş əmlakı mənimsəmək ittihamı ilə saxlanılan şübhəlilərin dindirilməsinin davam edəcəyi öyrənilib. Digər tərəfdən, şübhəlilərin 2020, 2021 və 2022-ci illərdə 79 nəfəri aldatdığı da məlum olub.

Oxuməni.az