Pilotun evini qarət edən oğrular yaxalanıb

Pilotun evini qarət edən oğrular yaxalanıb

17 Noyabr 2023 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda pilotun evinə girərək 300 min lirə dəyərində qızıl-zinət əşyaları oğurlayan iki oğru yaxalanıb. Pilot Ç.T.-nin evinə girən oğrular 300 min lirə dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq qaçıblar. Zərərçəkənin şikayətindən sonra polis təhlükəsizlik kamerasının görüntülərini araşdırıb. Görüntülərdə iki qadın oğru hadisədən sonra rahat şəkildə binadan çıxarkən görüntülənib.

Polis qrupları qısa müddətdə oğruları müəyyən edərək evlərində saxlayıblar. Tutulan Gülay M.-nin 29, Səlma D.-nin isə 18 cinayət qeydinin olduğu müəyyən edilib. Oğurluq şübhəliləri ədliyyəyə sövq ediliblər.

Oxuməni.az