Məşhur reper keçmiş sevgilisi tərəfindən zorakılıq və təcavüzdə ittiham olunur

Məşhur reper keçmiş sevgilisi tərəfindən zorakılıq və təcavüzdə ittiham olunur

17 Noyabr 2023 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Puff Daddy və ya sadəcə Diddy kimi tanınan məşhur reper Şon Kombs "illərlə cinsi təcavüz və zorakılıqda" ittiham olunur. İddianı müğənniyə qarşı keçmiş sevgilisi, RnB müğənnisi Kessi, yəni Kassandra Ventura qaldırıb. Onlar 2005-ci ildə Venturanın 19, Kombsın 37 yaşı olanda tanış olublar.

İddiaya görə, Diddi onu başqa kişilərlə cinsi əlaqəyə məcbur etmək, şiddətli şəkildə döymək və zorlamaq da daxil olmaqla, onu "narkotiklə dolu həyat tərzinə sövq edib". Onlar 2018-ci ildə ayrılıblar.
Diddi-nin vəkili ittihamları qəti şəkildə rədd edərək, onları "təhqiredici və hədsiz" adlandırıb.
Üç "Grammy" mükafatının sahibi olan P.Diddi tarixin ən uğurlu rep ifaçılarından biridir. Forbes jurnalına görə o, 2017-ci ildə dünyanın ən çox qazanan məşhuru olub.
Onun dörd qadından yeddi övladı var.

Oxuməni.az