Həbsxanadan qaçan məhbus tutulub

Həbsxanadan qaçan məhbus tutulub

19 Noyabr 2023 19:11
Bəyəndim (0) Bəyənmədim (0)

Corciya həbsxanasından qaçan dörd nəfərin sonuncu məhbusu yaxalanıb. Bibb dairəsinin şerifi David Davis verdiyi açıqlamada, 52 yaşlı Coy Fournierin şənbə günü günortadan bir müddət əvvəl Corciya ştatının "Stockbridge" yaxınlığında həbs edildiyini söyləyib. Fournier, başqaları ilə birlikdə qaçarkən , keçmiş sevgilisinin 2022-ci ildə ölümü ilə əlaqədar qətl ittihamı ilə Corciya ştatının Meykon şəhərindəki Bibb dairəsinin həbsxanasında saxlanılırdı.

Bibb dairəsinin şerifi David Davis verdiyi açıqlamada, "Biz bu son qaçağın tutulduğuna görə minnətdarıq" deyib.
"Stockbridge" Meykon-dan təxminən 65 mil (104 km.) şimalda yerləşir.

Fournier və daha üç nəfər , 24 yaşlı Mark Kerri Anderson, 37 yaşlı Conifer Durnard Barnvell və 29 yaşlı Çavis Demario Stokes oktyabr ayında Bibb dairəsinin həbsxanasından qaçıblar.

Əvvəlcə odlu silah saxlama və narkotik ticarətində şübhəli bilinərək həbs edilən 29 yaşlı Stokes oktyabrın 26-da , ağırlaşdırılmış hücum ittihamı ilə həbsdə olan 25 yaşlı Anderson noyabrın 3-də, federal narkotik ittihamı ilə həbsdə olan Barnvell isə noyabrın 12-də tutulub. Barnvell və onun qaçmasına kömək edənlər federal ittihamlarla istintaqa cəlb olunublar.

Şerif bildirib ki, Fournier axşam Bibb dairəsi hüquq mühafizə mərkəzinə qaytarılacaq.

Oxuməni.az