İtaliyada mafiyaya böyük zərbə: 207 nəfər həbs edilib

İtaliyada mafiyaya böyük zərbə: 207 nəfər həbs edilib

21 Noyabr 2023 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın ən təhlükəli cinayət təşkilatlarından biri olan «Ndrangheta»ya qarşı əsas mafiya işi üzrə məhkəmənin hökmü 207 nəfərin mühakimə olunması ilə nəticələnib.

Qərar ölkənin cənubunda Kalabriya bölgəsində yerləşən "Ndrangheta" mütəşəkkil cinayət təşkilatına qarşı son 30 ilin ən böyük məhkəməsində açıqlanıb.

İlk iclası 2021-ci ilin yanvarında Lamezia Terme şəhərində xüsusi tikilmiş məhkəmə zalında keçirilən və ictimaiyyət arasında “Rinascita Scott” kimi tanınan işdə, dövlət sahələrindən yüksək səviyyəli şəxslərin «Ndrangheta» kimi mütəşəkkil cinayət dünyasının ən təhlükəli mafiyası ilə əlaqələri araşdırılıb.

İtaliya mətbuatında yer alan xəbərə görə, 338 müttəhimin mühakimə olunduğu və 2 il 10 ay davam edən böyük mafiya davasında hökmün açıqlanması 1 saat 40 dəqiqə çəkib.

Təqsirləndirilənlərdən 207-si mühakimə edilərkən, müttəhimlərə verilən ümumi həbs cəzalarının 2100 ildən çox olduğu bildirilib.

Oxuməni.az