Daha bir fenomen həbs olunub

Daha bir fenomen həbs olunub

24 Noyabr 2023 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Motosikleti ilə təhlükəli videolar çəkərək paylaşan türkiyəli sosial media fenomeni Oğuzhan Muslu saxlanılıb.

Axşam.az xəbər verir ki, fenomenin narkotik daşıdığı ortaya çıxıb. Polis fenomenin yarış motosikletində və avtomobildə axtarış apararaq 550 qram metamfetamin, 750 ədəd ekstazi, 1 ədəd tapança və 11 ədəd patron aşkarlayıb. Məhkəməyə keçirilən əməliyyat çərçivəsində nəzarətə götürülən Oğuzhan və digər 2 şübhəli şəxs barəsində həbs qərarı qəbul edib.

Qeyd edək ki, daha əvvəl sosial media fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə saxlanılıb.

Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

Həmçinin, daha sonra çirkli pulların yuyulmasında təqsirli bilinən fenomenlər Bahar və Nihal Candan bacıları da nəzarətə alınıb

Sosial media fenomeni Banu Parlak isə lində silah tutduğu görüntüləri paylaşdığı üçün saxlanılıb. O, daha sonra sərbəst buraxılıb.

Oxuməni.az