Miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində insan alverçilərinin 15 ilə qədər həbs cəzası nəzərdə tutulub

Miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində insan alverçilərinin 15 ilə qədər həbs cəzası nəzərdə tutulub

29 Noyabr 2023 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Komissiyasının miqrant qaçaqmalçılığı ilə mübarizə çərçivəsində üzv dövlətlərə təqdim etdiyi təklifdə insan alverçilərinin 15 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Avropa Komissiyası insan qaçaqmalçılarının tələyə düşdüyü miqrantların sayını azaltmaq üçün mübarizə apararkən, insan alverçilərinə qarşı cəzaları sərtləşdirməyə də çalışır.

Bu kontekstdə Aİ Komissiyası çərşənbə axşamı (28 noyabr) insan alverinə görə cəzanı ağırlaşdıran və blokun hüquq-mühafizə orqanı olan Europolun rolunu genişləndirən iki qanun layihəsini açıqlayıb.

Yeni təklifə görə, immiqrantın ölümünə səbəb olan hallar mövcud qanunvericilikdə olduğu kimi minimum 8 ildən başlayaraq 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Yeni direktivə əsasən, dənizdə axtarış-xilasetmə əməliyyatları aparan humanitar yardım təşkilatları cinayət məsuliyyətindən azad edilib.

Bununla belə, direktiv beynəlxalq sularda törədilən cinayətləri də əhatə edəcək şəkildə genişləndirilir.

AB Komissiyasının daxili işlərdən məsul üzvü Ylva Johansson, qaçaqmalçıların hər il dünya miqyasında 5-6 milyard avro qazanc əldə etdiyini ifadə edərək, "Bu pullar çarəsiz insanlardan və şantaj edilmiş ailələrdən gəlir" deyə bildirib.

Oxuməni.az