Bədbəxt hadisə nəticəsində məktəbli dünyasını dəyişib

Bədbəxt hadisə nəticəsində məktəbli dünyasını dəyişib

2 Dekabr 2023 08:53
Bəyəndim (0) Bəyənmədim (0)

Zərdabda yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən məktəblinin yaxınları danışıblar. Qəza nəticəsində vəfat edən Nurayın əmisi bildirib ki, hadisə zamanı sürücü avtomobili yüksək sürətlə idarə edib:

“İkinci sinifdə təhsil alan Nuray qardaşı ilə birikdə dərsə gedirdi. Bədbəxt hadisə nəticəsində qardaşı kənara çəkilib. Lakin Nurayı avtomobil vurub”.

Qeyd edək ki, VAZ-2107 markalı avtomobilin sürücüsü - 46 yaşlı Tapdıq Feyzullayev idarə etdiyi avtomobillə kənd sakini yeddi yaşlı Nuray Zülfüqarlını vurub. Ağır bədən xəsarəti alan azyaşlı hadisəni törədən sürücünün köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirib ki, qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib:

“T.Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”.

Oxuməni.az