Terror aktı nəticəsində bir alman turisti həlak olub

Terror aktı nəticəsində bir alman turisti həlak olub

3 Dekabr 2023 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Eyfel qülləsi yaxınlığındakı Qrenelle ərazisində bir nəfər bıçaq və çəkiclə yoldan keçənlərə hücum edib, nəticədə alman turisti ölüb. Hücum edən şəxs polis tərəfindən saxlanılana qədər o, daha iki nəfəri yaralaya bilib. Hücum gecə baş verib.

Hücum edən şəxs “Allahu Əkbər” qışqırıb. Fransa mətbuatının qeyd etdiyi kimi, onun 26 yaşı var və Fransada iranlı ailədə anadan olub. O, əvvəl terror aktı hazırladığına görə 4 il həbs cəzasına məhkum edilmişdi.

Həbs edildikdən sonra o, polisə "Əfqanıstan və Fələstində müsəlmanların ölməsi faktını qəbul edə bilməyəcəyini" deyib və həmçinin Fransanı İsrailə yardım etməkdə ittiham edib.
Ölən şəxs Filippində doğulmuş Almaniya vətəndaşıdır. Fransa prezidenti Makron hücumu terror hücumu adlandırıb.

Oxuməni.az