Polis  terror aktı hazırlayan şəxsi həbs edib

Polis  terror aktı hazırlayan şəxsi həbs edib

3 Dekabr 2023 16:27
Bəyəndim (0) Bəyənmədim (0)


Polis Milad bayramı zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 20 yaşlı iraqlı gənci saxlayıb. Terrorla mübarizə bölməsinin fikrincə, hədəf Hannoverdəki Milad bazarı olmalı idi. Həmin şəxsin noyabrın 21-də Aşağı Saksoniyanın Hamstadt şəhərində həbs edildiyi bildirilir.

Bir neçə gün əvvəl Kölndə Milad bazarında terror aktı planlaşdıran iki yeniyetmə (biri Əfqanıstandan, Çeçenistandan) saxlanılıb.
Alman sakinləri və turistlər arasında məşhur olan Milad bazarları hazırda terrorçuların əsas hədəfləri arasında sayılır. 2016-cı ildə Berlində baş vermiş ölümcül hücumdan sonra polis Yeni il ərəfəsi tədbirləri ətrafında təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.

Oxuməni.az