Saxta pulların qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar qrupun üzvləri saxlanılıb

Saxta pulların qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar qrupun üzvləri saxlanılıb

4 Dekabr 2023 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Təhlükəsizlik Dövlət Komitəsi Qırğızıstanda saxta pulların qanunsuz dövriyyəsi ilə məşğul olan transmilli cinayətkar qrupun üzvlərini saxlayıb.

Bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin mətbuat xidməti xəbər verib.

Onlar Özbəkistan və Türkiyə vətəndaşları ilə əvvəlcədən razılaşaraq saxta pulları - Türkiyədə istehsal olunan ABŞ dollarını Qırğızıstan və Özbəkistan ərazisində satıblar.

Milli Təhlükəsizlik Dövlət Komitəsi yazır ki, qanunsuz fəaliyyətlərinin qarşısının alınması məqsədilə saxta pulların istehsalı və ticarəti ilə məşğul olan çoxlu sayda şəxslərin (Qırğızıstan Respublikası, Özbəkistan Respublikası və Türkiyə vətəndaşları) müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Oxuməni.az