Vətəndaşlar çox vaxt fırıldaqçıların tələsinə düşürlər

Vətəndaşlar çox vaxt fırıldaqçıların tələsinə düşürlər

4 Dekabr 2023 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Telefona gələn mesaj formasındakı fırıldaqlar sosial şəbəkələrdə gündəmdədir. Mütəxəssislər qeyd edir ki, mesajdakı linkə daxil olub tətbiqi telefonlarına yükləyən vətəndaşlar çox vaxt fırıldaqçıların tələsinə düşürlər. Bu tip mesajı alan bir çox insan sosial şəbəkələrdə və platformalarında mesajı paylaşaraq geniş məlumat əldə etməyə çalışırlar. İT mütəxəssisləri vətəndaşlara xəbərdarlıq edir ki, belə mesajların üzərinə klikləməsinlər. Belə aldadıcı e-poçtlar, mesajlar, reklamlar və ya bənzər saytlardan istifadə etməklə şəxsi məlumatları oğurlamaq və ya onlayn hesablara müdaxilə etmək cəhdlərinə şərait yaratmış olursunuz. Məsələn, e-poçt bankınızdan görünə bilər və bank hesabınız haqqında məxfi məlumat tələb edə bilər.

Fişinq mesajları və ya məzmunu çox vaxt aşağıdakı kimi daxil olur:

Sizdən şəxsi və ya maliyyə məlumatlarınızı istəyə bilər.

Sizdən linklərə klikləməyinizi və ya proqram təminatı yükləmənizi tələb edə bilər.

Bankınız, istifadə etdiyiniz sosial media saytı və ya iş yeriniz kimi nüfuzlu bir təşkilatı təqlid edə bilər.

Bu, ailə üzvü, dost və ya iş yoldaşı kimi tanıdığınız birini təqlid edə bilər.

Etibar etdiyiniz təşkilat və ya şəxsdən gələn mesaj kimi görünə bilər.

Bir daha bütün vətəndaşlarımızı bu kimi, mesajlarla son dərəcə diqqətli olmağa səsləyirik. Belə hallarla qarşılaşan zaman mütləq şəkildə adiyyatı qrumlara məlumat verilməlidir.

Oxuməni.az