Göyərçini qəsdən əzib öldürən sürücü həbs edilib

Göyərçini qəsdən əzib öldürən sürücü həbs edilib

8 Dekabr 2023 12:36
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın paytaxtı Tokioda taksi sürücüsü yolda olan göyərçinlərə əsəbiləşərək bir göyərçini qəsdən əzib öldürüb. Polisin dindirilməsi zamanı törətdiyi cinayəti etiraf edən sürücü ov olmayan göyərçini qəsdən öldürdüyünə və təbiətin mühafizəsi qanununu pozduğuna görə həbs edilib.

NHK televiziyasının xəbərinə görə, ötən ay Şinjuku bölgəsində işıqforda gözləyən taksi sürücüsü Ozava Atsuşi işıqfor yaşıl yanan zaman avtomobilini sürətlə göyərçinlərin olduğu yerə sürüb.

Saatda təxminən 60 kilometr sürətlə göyərçinlərin içinə girən Ozawa maşını ilə bir göyərçini öldürərək hadisə yerindən qaçıb. Yaxınlıqdakı piyadaların xəbəri ilə hadisə yerinə sövq edilən polis hadisənin səbəbini araşdırıb.

Yapon mətbuatın məlumatına görə, göyərçin üzərində aparılan yarılmada ölüm səbəbinin “travmatik şok” olduğu qeyd edilib. Məlum olub ki, işıqda gözləyən taksi sürücüsü qəfil sürəti artıraraq maşını göyərçinlərin arasına sürüb.

Polisin sorğusu zamanı törətdiyi cinayəti etiraf edən Ozavanın "Yol insanlara məxsusdur və quşlar yoldan uzaq durmalıdır" deyə bildirilib. Sürücü, 50 yaşlı Ozava, "ov olmayan göyərçin"i qəsdən öldürmək və təbiətin mühafizəsi qanununu pozmaq ittihamı ilə həbs edilib. Sosial mediada sürücünün ünvanına çoxlu pis şərhlər gəlib…

Oxuməni.az