Quldurlar avtomobildən  525000 dollar oğurlayıblar

Quldurlar avtomobildən 525000 dollar oğurlayıblar

8 Dekabr 2023 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva yaxınlığında polis , 48 milyon rublu ( 525000 $ ) oğurlanan şəxsə hücumdan sonra cinayət işi açıb. Bu barədə Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhər rayonu üzrə növbətçi məntəqəsinə vətəndaşdan pul oğurlanması barədə məlumat daxil olub. İlkin məlumata görə, Yubileynıy prospektində yerləşən evlərdən birinin yaxınlığında bir qrup şəxs sürücünün olduğu , park edilmiş avtomobildən 48 milyon rubl oğurlayaraq hadisə yerindən qaçıblar”, - məlumatda deyilir.

"Bu fakt əsasında quldurluq maddəsi ilə cinayət işi açılıb. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışı və tutulması, o cümlədən hadisənin bütün hallarının müəyyən edilməsi istiqamətində tədbirlər görülür”, - deyə polisdən bildirilib.

Oxuməni.az