33 kiloqram fentanil ələ keçirilib

33 kiloqram fentanil ələ keçirilib

13 Dekabr 2023 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada keçirilən narkotik əməliyyatında 33 kiloqram fentanil ələ keçirilib. Morfindən 100 dəfə güclü olan sintetik ağrıkəsicinin 2 milliqramının belə ölümcül olduğu məlumdur. Meksika mətbuatında çıxan xəbərə görə, polis əyalətdəki şimal beynəlxalq yol körpüsündə bir avtomobili saxlayıb və gizli bölmədə 33 kiloqram fentanil aşkar edib. Maşında şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı prokurorluq araşdırmalara başlayıb. Sintetik ağrıkəsici kimi tanınan fentanilin tibbi araşdırmalarda morfindən 100 qat daha güclü olduğu və iki milliqram qəbul edildiyi təqdirdə ölümcül olduğu ortaya çıxıb.

ABŞ-da on minlərlə insanın ölümünə səbəb olan fentanilin, demək olar ki, tamamilə Çindən qaçaqmalçılıq yolu ilə gətirilən kimyəvi maddələr sayəsində Meksikada istehsal olunduğu, və yaxud qeyri-qanuni yolla ABŞ-a gətirildiyi məlumdur.

Xatırladaq ki, dünya şöhrətli müğənni Prins 2016-cı il aprelin 21-də 57 yaşında təsadüfən həddindən artıq dozada fentanil qəbul edərək vəfat edib.

Oxuməni.az