Prokurorluq 27 nəfəri dövlət çevrilişinə cəhddə ittiham edib

Prokurorluq 27 nəfəri dövlət çevrilişinə cəhddə ittiham edib

13 Dekabr 2023 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya prokurorları fırıldaqçı şahzadə və keçmiş ifrat sağçı millət vəkili də daxil olmaqla 27 nəfərə qarşı terror ittihamı irəli sürüb. Müstəntiqlərin fikrincə, onlar hökuməti devirmək üçün əlbir olublar. Bu sui-qəsd bir il əvvəl məlum olub və ardınca həbslər başlayıb.

10 şübhəliyə qarşı ittiham aktı dekabrın 11-də Frankfurt əyalət məhkəməsinə təqdim edilib. Almaniya hüquq sisteminin qaydalarına əsasən, məhkəmə prosesinin nə vaxt başlanacağına indi qərar verməlidir.
Doqquz Almaniya vətəndaşı 2021-ci ilin iyulunda “Almaniyada mövcud siyasi sistemi zorakılıqla məhv etmək” məqsədi ilə qurulan terror təşkilatına üzv olmaqda ittiham olunur.

Prokurorlar, müttəhimlərin "Reichsburger" ideologiyası və "sui-qəsd mifləri konqlomeratına" inandıqlarını və Almaniyanın kölgə hökuməti tərəfindən idarə olunduğuna əmin olduqlarını söyləyibllər.
"Reichsburger" hərəkatının tərəfdarları Almaniyanın müharibədən sonrakı konstitusiyasını rədd edir və hökuməti devirməyə çağırırlar . Doqquz şübhəli də “dövlətə xəyanət hazırlamaqda” ittiham olunur. Onların arasında qrupun Almaniyanın yeni müvəqqəti lideri təyin etməyi planlaşdırdığı "Henri XIII" (Şahzadə Royss), Almaniya üçün alternativ ifrat sağçı partiyasınınüzvü , hakim və keçmiş deputatı Birgit Malsak-Vinkemann və təqaüdçü desantçı da var.
Prokurorlar bildiriblər ki, qrup Berlindəki Reyxstaqdakı deputatları əsir götürməyi planlaşdırıblar. Onlar, çevrilişdən sonra nizamın bərqərar olması üçün İkinci Dünya Müharibəsində qalib gələn müttəfiqlərdən biri kimi ilk növbədə Rusiya ilə danışıqlar aparmaq niyyətində idilər. Onlar bildiriblər ki, Royss 2022-ci ildə Rusiyanın dəstəyini qazanmaq üçün Rusiya rəsmiləri ilə əlaqə saxlamağa çalışıblar və Rusiyanın onlara necə cavab verdiyi hələki bəlli deyil.

Vitaliya B. kimi tanınan rus qadın terror təşkilatına dəstək verməkdə ittiham olunur, o, Leypsiqdəki Rusiya konsulluğu ilə əlaqə yaradıb və orada Royssı müşayiət edib.
Prokurorların bildirdiyinə görə, qrupun daha 17 üzvü olduğu iddia edilən şəxslər Ştutqart və Münhen məhkəmələrində ayrı-ayrılıqda ittiham ediliblər.
Rəsmilər dəfələrlə xəbərdarlıq ediblər ki, ifrat sağçı ekstremistlər Almaniyanın daxili təhlükəsizliyinə əsas təhlükədir. Bu təhlükə 2019-cu ildə regional siyasətçinin öldürülməsi və sinaqoqa hücum cəhdi ilə vurğulanıb. Bir il sonra ölkənin pandemiya məhdudiyyətlərinə etiraz edən ifrat sağçı ekstremistlər Berlindəki parlament binasına basqın etməyə cəhd ediblər .
May ayında beş nəfər özünü "Birləşmiş Vətənpərvərlər" adlandıran qrup tərəfindən ifrat sağçı çevriliş etmək və Almaniyanın səhiyyə nazirini oğurlamaq planına görə ayrı bir iş üzrə mühakimə olunublar.

Oxuməni.az