Depardyeni zorakılıqda ittiham edən aktrisa intihar edib

Depardyeni zorakılıqda ittiham edən aktrisa intihar edib

14 Dekabr 2023 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fransalı aktyor Jerar Depardyeni cinsi zorakılıqda ittiham edən aktrisa Emmanuel Debever intihar edib.

Axşam.az xəbər verir ki, bu barədə Fransanın "Liberation" qəzeti yazıb. Bildirilib ki, Debever dekabrın 7-də dünyasını dəyişib. Həmin gün “France 2” telekanalı 60 yaşlı aktrisaya qarşı ittihamlarla bağlı sənədli film yayımlayıb. Onun özünü Sena çayına ataraq intihar etdiyi deyilib.

Qeyd edək ki, Debever 1982-ci ildə çəkilmiş "Danton" filmində Depardye ilə birlikdə rol alıb. Lakin sonradan şöhrətinin zirvəsində gözdən itib. O, 2019-cu ildə çəkiliş meydançasında Depardyenin ona qarşı zorakılıq etməsi ilə bağlı ittihamlar səsləndirib.

Depardye isə onun ittihamlarını rədd edərək, belə bir addım atmadığını deyib.

2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürənlər arasında kanadalı aktrisa Şarlotta Arnold da var. Onun sözlərinə görə, o, atasının köhnə dostu Depardye tərəfindən iki dəfə cinsi təcavüzə məruz qalıb. İş hazırda məhkəmədədir.

Bundan başqa, daha 13 qadın aktyoru cinsi təcavüzdə ittiham edir.

Oxuməni.az