Bələdiyyədə tender saxtakarlığı və rüşvət əməliyyatı

Bələdiyyədə tender saxtakarlığı və rüşvət əməliyyatı

18 Dekabr 2023 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Adana Böyükşəhər Bələdiyyəsinə qarşı tender saxtakarlığı və rüşvət əməliyyatı həyata keçirilib. Böyükşəhər Bələdiyyə sədrinin müşavirlərindən biri daxil olmaqla, digər çoxlu işçilər saxlanılıb.

Adana Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları səhər saatlarında Adana Böyükşəhər Bələdiyyəsinə qarşı tender saxtakarlığı və rüşvət əməliyyatı həyata keçirib. Əməliyyatçılar bələdiyyə binasına daxil olaraq axtarışlara başlayıblar.

Hazırda axtarışlar davam edir.

Oxuməni.az