Meksikada qatillər otelə girərək 12 nəfəri qətlə yetiriblər

Meksikada qatillər otelə girərək 12 nəfəri qətlə yetiriblər

18 Dekabr 2023 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 17-də səhər saatlarında Meksikanın Salvierra şəhərində ziyafətdə kütləvi qətl baş verib, qatillər 12 nəfəri öldürüb. Bu barədə “La Jornada” və “Marca” nəşrləri yazır.

Şahidlərin sözlərinə görə, bazar günü səhər saatlarında 17-30 yaşlı gənclərin Milad şənliyində bir qrup silahlı şəxs otelə basqın edərək atəş açıb. Atışma nəticəsində 12 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Cinayətkarlar həmçinin hadisə yerində dayanmış iki avtomobil və iki motosikleti yandırıb və sonra qaçıblar.

Yerli hüquq-mühafizə orqanları və hakimiyyət orqanları hücumun mümkün motivləri barədə hələlik məlumat verməyiblər.

Bu qətliam dekabrın 16-na keçən gecədən dekabrın 17-nə keçən səhər saatlarında Quanaxuato ştatında baş verən ikinci belə hadisədir. Bir neçə saat əvvəl bir qrup silahlı şəxs Salamankada saç salonuna hücum edib və orada 4 nəfər həlak olub.

Azərbaycanpolisi.az