Səhər yeməyində gec çay dəmlədiyi üçün arvadının başını kəsib

Səhər yeməyində gec çay dəmlədiyi üçün arvadının başını kəsib

22 Dekabr 2023 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda 52 yaşlı kişi arvadının səhər yeməyinə tezdən çay hazırlamadığını əsas gətirərək əvvəlcə bıçaqlayaraq öldürüb, sonra isə evdəki qılıncla başını kəsib.

Hindistanın paytaxtı Dehli yaxınlığındakı Uttar Pradeş əyalətinin Faljagadh kəndində baş verən hadisədə Dharamveer adlı şəxs 50 yaşlı arvadı Sundarini evində qılıncla öldürüb.

Polis bildirib ki, Dharamveer səhər oyananda həyat yoldaşından çayın hazır olub olmadığını soruşub. Həyat yoldaşı çayın 10 dəqiqəyə hazır olacağını deyib. Cütlüyün dörd uşağı başqa otaqda yatarkən Dharamveer arvadına çayı tez gətirməsini bildirib. Arvadı çayın hələ hazır olmadığını deyəndə o, mətbəxə qaçaraq birinci arvadını təpikləyib, daha sonra onu bir neçə bıçaq zərbəsi ilə öldürüb. Hirsi soyumayan kişi evdəki qılıncla arvadının başını kəsib.

Dharamveer arvadının qışqırtısına oyanan və analarını xilas etməyə çalışan uşaqlarına da hücum edib. Uşaqlar qaçaraq küçəyə çıxıblar. Qışqırıqları eşidib evə gələn kəndlilər Sundarini qanlar içində ölü vəziyyətdə tapıblar. Hadisə yerinə polis gəlib və Sundarinin cəsədi yarılmaq üçün morqa aparılıb. Dharamveer dərhal həbs olunub.

Cütlüyün övladlarından biri atalarının tez-tez analarının üstünə qışqırdığını, lakin heç vaxt onlara hücum etmədiyini deyib.

Oxuməni.az