Əri ilə otelə gələn qadını və ərini ağacla döyüb

Əri ilə otelə gələn qadını və ərini ağacla döyüb

22 Dekabr 2023 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli qadın Hollandiyada ərinin onu aldatdığını deyərək otelə basqın edib. Otelin qarşısında "Kənan haradadır?" -deyə əri ilə otelə gələn qadına qışqıraraq onu döyüb, daha sonra foyedə ağacla ərinə hücum edib. Həmin anlar kameralara da düşüb.

Sosial media platformalarında paylaşılan görüntü böyük səs-küyə səbəb olub. Qadın əlindəki ağacla ərini vuraraq “Əxlaqsız, ağzını burnunu qıracağam” deyə qışqıraraq ərini döyüb. Hollandiya mətbuatı da hadisəyə geniş yer ayırıb…

Oxuməni.az