Mask narkotikdən istifadə etməkdə günahlandırılır

Mask narkotikdən istifadə etməkdə günahlandırılır

8 Yanvar 07:16
Bəyəndim (0) Bəyənmədim (0)

The Wall Street Journal yazır ki, Elon Mask, kokain, ekstazi və ketamin daxil olmaqla narkotiklərdən istifadə edib.

Nəşrin məlumatına görə, Mask narkotikanın təsi altında olduğu vaxt müxtəlif beynəlxalq tədbirlərdə iştirak edib.

Maskın qeyri-qanuni narkotiklərdən istifadə etməsi Tesla və SpaceX rəhbərlərini narahat edir. İdarə Heyətinin bəzi üzvləri milyarderin narkotik istifadəsinin şirkətlərinə zərər verə biləcəyindən qorxurlar.

Maskın özü narkotik vasitələrlə əlaqəsini inkar edib. O, mütəmadi olaraq narkotik testlərindən keçdiyini və və özündə bununla bağlı şübhəli heç nə aşkar edilmədiyini bildirib

Maskın vəkili Alex Spiro da narkotik istifadəsi iddiasının yalan olduğunu söyləyib.

Oxuməni.az