Sinaqoqun altında tikilən gizli tunellər polislə yəhudiləri qarşıdurmaya gətirib çıxarıb

Sinaqoqun altında tikilən gizli tunellər polislə yəhudiləri qarşıdurmaya gətirib çıxarıb

10 Yanvar 13:40
Bəyəndim (1) Bəyənmədim (0)

Polisə müqavimət göstərən və tunellərdən keçərək qaçmağa çalışan insanlar, o cümlədən sinaqoqda təhsil alan tələbələr saxlanılıb.

ABŞ-ın Nyu York şəhərində sinaqoqun altında qanunsuz tikilmiş tunellərin olduğunu aşkar edən polis müqavimət göstərən çoxlu sayda insanı saxlayıb.

Nyu-Yorkun Brooklyn Crown Heights bölgəsində yerləşən və yəhudilərin sıx şəkildə istifadə etdiyi "Chabad-Lubavitch World Headquarters" adlı sinaqoqa polis tərəfindən basqın edilib.

Reyd zamanı sinaqoqun altında qazılmış gizli tunellər aşkarlanıb. Bu arada sinaqoqda təhsil alan tələbələr də daxil olmaqla, polisə müqavimət göstərən və tunellərdən keçərək qaçmağa çalışan şəxslər saxlanılıb.

Sosial media hesablarında tunellərin pandemiya dövründə gizli ibadət etmək və ya qadınların içəri girməsi üçün qazıldığı iddiaları yayılsa da, polis hadisə ilə bağlı araşdırma aparmağa başlayıb.

Oxuməni.az