Dəstələr arasında baş verən insident

Dəstələr arasında baş verən insident

13 Yanvar 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Zakatekas ştatında gizli çuxurda 10 cəsəd tapılıb. Luis Maya qəsəbəsində xəbər alan polis qrupları hadisə yerinə gələrək gizli bir çuxurda 10 cəsəd aşkar ediblər.

Prokurorluğundan verilən açıqlamada onların şəxsiyyətlərinin müəyyən edilməsi üçün meyitlərinin Məhkəmə Tibb Mərkəzinə aparıldığı bildirilib.

Zakatekas ştatının başçısı Rodriqo Reyes Mugüerza verdiyi açıqlamada, çox sayda itkin şəxs xəbəri aldıqlarını və tapılan cəsədlərin bu şəxslərə aid olub-olmadığını araşdırdıqlarını bildirib.

Ehtimal olunur ki, insident bir-birinə rəqib olan dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verib.

Xatırladaq ki, Zakatekas ştatı Meksikada zorakılıq və qətllərin ən çox olduğu yerlərdən biridir.

Oxuməni.az