Nijni Novqorod vilayətində bir nəfər 6 məktəblini zorlayıb

Nijni Novqorod vilayətində bir nəfər 6 məktəblini zorlayıb

14:10
Bəyəndim (1) Bəyənmədim (0)



Rusiyada, Nijni Novqorod vilayətində 35 yaşlı yerli sakin yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı bir neçə cinayətdə şübhəli bilinir. “NewsNN” bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Hadisələr Balaxna şəhərində baş verib. İlkin məlumata görə, Çelyuskintsev küçəsində yerləşən mənzildə fəhlə işləyən 35 yaşlı kişi həyətdə uşaqlarla rastlaşaraq onları öz evinə apararaq onlara qarşı qanunsuz hərəkətlər edib. Təcavüzkarın qurbanları 11-14 yaş arası altı məktəbli oğlan olub.
Şübhəli etiraf edib. O, cinayətləri 2024-cü ilin iyun, sentyabr və oktyabr aylarında sərxoş vəziyyətdə törətməsinə aydınlıq gətirib.
Almaz Həsənli