Kolumbiyada silahlı şəxslər 27 yaşlı məşhur model Encie Vargası güllələyərək öldürüblər

Kolumbiyada silahlı şəxslər 27 yaşlı məşhur model Encie Vargası güllələyərək öldürüblər

12:13
Bəyəndim (1) Bəyənmədim (0)

Kolumbiyada iki silahlı şəxs Huila Departamentinin Pitalito şəhərində məşhur model Encie Vargası öldürüblər. Oxuməni.az xəbər verir ki, bu barədə Need To Know məlumat yayıb.

27 yaşlı Encie Marcela Ramírez Vargasa hücum 24 iyul cümə günü baş verib. O, idman zalından evə qayıdarkən işıqforda motosiklet onun qarşısında dayanıb. Sonra motosiklet sürücüsünün arxasında əyləçən sərnişin geri dönərək Vargasa bir neçə dəfə atəş açıb.

Ağır yaralanan modeli dərhal xəstəxanaya aparıblar, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Atışma barədə barədə məlumat alan polis şəhəri mühasirəyə alıb və cinayətkarları axtarmağa başlayıb. Onlardan biri, 47 yaşlı Hermes Cuéllar dərhal tutulub. Müstəntiqlər qızı vuran şəxsin onun olduğunu düşünürlər. Axtarış zamanı modelin qətlində istifadə edilən motosiklet və silah da tapılıb. Qətldə iştirak edən ikinci cinayətkar isə hələ tutulmayıb. Hələlik modelin hansı səbəbə görə öldürüldüyü məlum deyil.

Varqas işgüzar qadın və model idi. Onun sosial media səhifəsində böyük izləyici kütləsi var idi.

Əziz MUSTAFA