Braziliyada yoldaşlıq görüşündən sonra 15 yaşlı futbolçu güllələnib
"Sentro Sportivo Alagoano" klubunun gənclərdən ibarət komandasının 15 yaşlı futbolçusu Mikael Leandro da Silva Braziliyanın Maseyo şəhərində keçirilən yoldaşlıq görüşündən sonra güllələnib. Oxuməni az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Hadisə avqustun 1-də, şənbə günü baş verib. "UOL"-un məlumatına görə, Leandronun oynadığı komanda matçdan sonra avtobusa minərkən, qara geyimli və dəbilqəli iki nəfər motosikletlə yaxınlaşaraq qrupa atəş açıb. Üz nahiyəsindən yaralanan Leandro xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"Globo" yazır ki, polis atışmanın narkokartellər arasındakı münaqişənin bir epizodu olduğunu, 15 yaşlı futbolçunun isə təsadüfi qurban olduğunu ehtimal edir.
Daha əvvəl Leandro əsas komandası Braziliya A Seriyasında çıxış edən "San-Paulu" klubunun gənclər komandasında oynayıb, sonradan isə CSA-ya keçib. Hər iki klub futbolçunun ölümü ilə bağlı başsağlığı verib.
Almaz Həsənli



.jpg)






































































.jpg)



















