Nyu-Yorkda polis bıçaqla insanlara hücum edən qadını güllələyib

Nyu-Yorkda polis bıçaqla insanlara hücum edən qadını güllələyib

11:11
Bəyəndim (1) Bəyənmədim (0)

Nyu-Yorkda bir qadın bıçaqla yoldan keçənlərə hücum edib. Oxuməni. az xəbər verir ki, "NBC News"-un məlumatına görə, polis atəş açıb və hücum edən qadın öldürülüb. Hadisə Tayms-skver (Times Square) rayonunda baş verib.

Polis əməkdaşlarının insident zamanı silah tətbiq etdiyini təsdiqləyib.

"42-ci Qərb küçəsi və Yeddinci prospektin kəsişməsində polis əməkdaşının iştirakı ilə atışma hadisəsi baş verib", - deyə rəsmi məlumatda bildirilir.

"NBC News" xəbər verir ki, qadın azı iki nəfərə hücum edib. Həmçinin bildirilir ki, hadisədən sonra Tayms-skver rayonu müvəqqəti olaraq bağlanıb, hüquq-mühafizə orqanları isə qadının psixi pozğunluqdan əziyyət çəkib-çəkmədiyini araşdırır.

Hüquq-mühafizə orqanından verilən məlumata görə, insident zamanı polis əməkdaşı xəsarət almayıb.

Almaz Həsənli