Nyu-Cersinin mərkəzində polis və cinayətkarlar atışdılar – 6 nəfər öldürüldü + Video

Nyu-Cersinin mərkəzində polis və cinayətkarlar atışdılar – 6 nəfər öldürüldü + Video

10 Dekabr 2019 21:38
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Cersi-Siti (Nyu-Cersi ştatı) şəhərində baş vermiş atışmada 6 nəfər öldürülüb.

CNN xəbər verir ki, naməlum şəxslər qəbiristanlıqda atəş açıb daha sonra isə dükanların birində barrikada qurub.

Atışma nəticəsində bir polis işçisi və iki cinayətkar ölüb, digər ölənlər mülki şəxslərdir. Bir neçə nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisələrin cərəyan etdiyi ərazı hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.