İran generalının dəfnində ölənlərin sayı 56 nəfərə çatıb

İran generalının dəfnində ölənlərin sayı 56 nəfərə çatıb

8 Yanvar 2020 09:58
Bəyəndim (1) Bəyənmədim (0)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) “Qüds” qüvvələrinin komandanı general-leytenant Qasım Süleymaninin cənazəsi ilə vida mərasimində yaşanan izdihamda ölənlərin sayı 56 nəfərə çatıb.

Oxumeni.az xəbər verir ki, bu barədə Kirman vilayətinin Təcili Tibbi Yardım Mərkəzinin müdiri Seyid Məhəmməd Sabiri məlumat verib. O bildirib ki, dəfn mərasimində zərərçəkənlərin əksəriyyəti yaşlı şəxslər olublar.

Qeyd edək ki, general doğma şəhəri Kirmanda dəfn olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az