Vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxsin cinayət işi məhkəməyə göndərilib

Vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxsin cinayət işi məhkəməyə göndərilib

10 Aprel 2020 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

Vətəndaşları Avropa ölkələrində yüksək məvacibli işlərə düzəldəcəyi vədi ilə aldadan Vüsal Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, V.Məmmədov insanların etimadından sui-istifadə etməklə dələduzluq yolu ilə onları işə düzəltmək adı altında aldadaraq xeyli miqdarda maddi vəsaitlərini ələ keçirib. O, vətəndaşların çoxsaylı müraciətlərindən sonra ötən ilin dekabr ayında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb.

Oxuməni.az