Almaniyada türk düşməni kürd terror təşkilatı  tərəfdarı həbs edilib

Almaniyada türk düşməni kürd terror təşkilatı tərəfdarı həbs edilib

11 May 2020 08:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bavariya polisi özünü İŞİD-in tərəfdarı hesab edən və Valdkrayburq şəhərində yaşayan Türkiyə mövqelərinə qarşı silsilə terror hücumları hazırlayan yerli sakini saxlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə regional polis idarəsinin açıqlamasında qeyd olunub.

Məlumata görə, söhbət Türkiyədən olan kürdəsilli bir mühacirin oğlu, 25 yaşlı Almaniya vətəndaşından gedir. Polis onu 16 apreldən 6 may tarixinədək Valdkrayburqda Türkiyəyə məxsus müəssisələrə qarşı silsilə terror hücumları həyata keçirməkdə şübhəli bilir. Hücumlar bərbərxanaya, pizza sexinə və kababxanaya qarşı törədilib. Şübhəli şəxs bu obyektlərə daş atıb. Ən ciddi insident ərzaq mağazasında törədilib – 27 apreldə bu obyekt yandırılıb ki, nəticədə 27 nəfər binadan təxliyə olunub, bir neçə nəfər xəsarət alıb, obyektə maddi ziyan dəyib.

Oxuməni.az