İstanbulda 39 nəfəri güllələyən özbək ömürlük azadlıqdan məhrum edilib
2017-ci ildə yeni il gecəsi İstanbulda gecə klubunda 39 nəfəri güllələyən Özbəkistandan olan Abdulqadir Maşaripov ömürlük azadlıqdan məhrum edilib.
Oxuməni.az Anadolu agentliyinə istinadən xəbər verir ki, məhkəmə özbək cinayətkar barədə bir-birinin ardınca 40 dəfə ömürlük həbs cəzası qərarı çıxarıb.
Əvvəlcə "İslam Dövləti" (id) terror qruplaşmasına mənsub olduğunu etiraf edən 32 yaşlı terrorçu daha sonra işgəncə altında günahını boynuna aldığını bildirib.
İstanbulun Ortakey rayonundakı Reina gecə klubuna hücum 2017-ci il 1yanvar gecəsində baş verib. Maşaripov əvvəlcə gecə klubunu mühafizə edən polisi güllələyib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Maşaripov törətdiyi cinayətdən sonra gizlənə bilsə də onu evə aparan taksi sürücüsinin verdiyi ifadələrə əsasən həbs edilib.
Oxuməni.az

























































.jpg)
.jpg)
.jpg)




































