Qubada ot tayalarını yeniyetmələr yandırıb

Qubada ot tayalarını yeniyetmələr yandırıb

22 Sentyabr 2020 09:35
Bəyəndim (2) Bəyənmədim (0)

Quba rayonunun Dəlləkli kəndi ərazisində ot tayalarında yanğın törədənlərin kimliyi müəyyənləşib.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-da və 20-də başverən yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılmışdır.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) tərəfindən törədilməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər. Yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.

Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.

Zaur

Oxuməni.az