Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub

23 Sentyabr 2020 15:39
Bəyəndim (2) Bəyənmədim (1)

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub.

Oxuməni.az xəbər verir ki, Səbail RPİ 9-cu PB və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 ABŞ dolları (5100 manat) pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıblar.

Tutulan şəxslərin ətrafında əlavə araşdırmalar aparılır.

Oxuməni.az