Bakıda qadını şantaj  edən şəxs həbs edilib

Bakıda qadını şantaj edən şəxs həbs edilib

3 Noyabr 2020 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qadından şantaj yolu ilə 10 min manat tələb edən şəxs saxlanılıb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin video görüntülərini yayacağı ilə hədələyib ondan 10 min manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olması müəyyən edilib və görülən tədbirlərlə o saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Zaur